Ermənistanda yeni doğulanların sayı azalıb, boşanmalar çoxalıb.
NUHÇIXAN İnformasiya Agentliyi “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsinin hesabatında bildirilib.
Məlumata görə, 2022-ci ildə 36 623 körpə doğulub. Bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 270 körpə azdır. Hesabat dövründə 4 525 boşanma hadisəsi qeydə alınıb ki, bu da 2021-ci illə müqayisədə 91 hadisə çoxdur.
Statistika Komitəsinin məlumatına əsasən, nikahların sayında da azalma qeydə alınıb. Bildirilib ki, 2022-ci ildə 16 795 nikah bağlanıb. Bu, bir il əvvəlki göstəricidən 370 hadisə azdır.