Türkiyəli deputat zəlzələ nəticəsində həlak olub

A- A A+

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı Yakup Taş fevralın 6-da Adıyaman şəhərində baş vermiş zəlzələ nəticəsinə həlak olub.

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun meyiti dağıntılar altından çıxarılıb.

Məlumata görə, Y.Taş Türkiyə Böyük Millət Məclisində (TBMM) Adıyaman şəhərini təmsil edirdi.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik matəm elan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: