“Coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə qarşı-qarşıyayıq”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, zəlzələnin təsirləri 10 vilayətdə hiss olunur: “Çətin hava şəraitinə baxmayaraq, xilasedicilər fədakarlıqla fəaliyyət göstərir. Çətin şərtlərə baxmayaraq, dövlətimizin bütün imkanları və könüllülərin də dəstəyi ilə axtarış-xilasetmə tədbirlərini davam etdiririk”.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik matəm elan edib.