Polşadan yardım heyəti Türkiyəyə yola düşüb

A- A A+

Türkiyənin cənub-şərqində və Suriyanın şimalında baş verən güclü zəlzələdən sonra xilasetmə və yardım əməliyyatlarına kömək məqsədilə 76 polşalı axtarış-xilasetmə mütəxəssisindən ibarət qrup Türkiyəyə yola düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komandanın rəhbəri Qreqors Borovieç PAP agentliyinə müsahibəsində heyətin Türkiyənin cənub-şərqdəki Adıyaman şəhərinə gedəcəyini bildirib. Qrupun tərkibində 76 xilasedici, beş tibb işçisi və səkkiz xilasedici it yer alır. Onların əsas işi dağılmış binaların dağıntıları altında sağ qalanları axtarmaq olacaqdır. Əməliyyatın ilkin olaraq xilasetmə missiyalarının maksimum müddəti olan yeddi gün davam etməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: