Rusiyanın Müdafiə Nazirliyi bütün hərbçilərin, o cümlədən çağırışçıların sülhməramlı missiyada iştirak etməsi barədə təklif irəli sürüb.
NUHÇIXAN İnformasiya Agentliyi RBK-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi qanun layihəsi hazırlayıb.
Məlumata görə, nazirlik hərbi və mülki heyətin sülhməramlı missiyada iştirakının təmin olunması qaydası haqqında qanuna dəyişiklik təklif edir.
Mövcud əsasnaməyə əsasən, sülhməramlı missiyada yalnız hərbi qulluqçular, müqavilə əsasında işləyən və ilkin xüsusi hazırlıq keçmiş işçilər könüllülük əsasında iştirak edə bilərlər.
Yeni düzəlişlərə əsasən, bütün hərbi qulluqçular, o cümlədən çağırışçılar sülhməramlılar sırasına cəlb olunacaq.