Ermənistanda 44 günlük müharibədə ölən və valideynləri tərəfindən cənazəsi qəbul edilməyən hərbçilər Yerablur hərbi qəbiristanlığında basdırılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi News.am-a istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin müşaviri Vardan Avetisyan deyib.
O, ölkənin müxtəlif morqlarında saxlanılan və kimliyi ailələri tərəfindən qəbul edilməyən 80-dən çox hərbçinin hərbi qəbiristanlıqda xüsusi ayrılmış guşədə dəfn ediləcəyini deyib.
Prosesin 3 ay çəkəcəyi vurğulanıb.