Yaponiyanın “Toyota Motor” avtomobil konserni Rusiyaya detallar göndərmir, lakin sanksiyalara məruz qalmayan komponentlər dilerlər vasitəsilə oraya aparıla bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Toyota Motor” konserninin mətbuat xidməti məlumat yayıb. “Kompaniyamız Rusiyaya detal göndərilməsini bərpa etməyib, bu, həqiqətə uyğun deyil”, - deyə məlumatda bildirilib.
“Toyota” Rusiyanın Sankt-Peterburq şəhərindəki yığım müəssisəsini 2022-ci ilin sentyabrında bağlayıb. Zavod ildə 100 min avtomobil istehsalı üçün nəzərdə tutulmuşdu.