Türkiyənin hərbi aviasiyası İskəndərun limanındakı yanğının söndürülməsinə cəlb edilib

A- A A+

Türkiyə Milli Müdafiə Nazirliyinin bölmələri İskəndərun limanında baş vermiş güclü yanğının söndürülməsinə cəlb edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Qeyd olunub ki, yanğının söndürülməsinə Quru Qoşunların helikopterləri və Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr qoşulub.

Xatırladaq ki, Türkiyənin İskəndərun limanında zəlzələdən sonra güclü yanğın başlayıb. Alov yüzlərlə yük konteyneri arasında sürətlə yayılıb.

İskəndərun Türkiyənin ən böyük limanlarından biridir. Dəniz İşləri Baş İdarəsinin statistik məlumatlarına görə, 2022-ci ildə limanın ümumi yük dövriyyəsi 67,6 milyon ton yük təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: