Almaniyanın Müdafiə Nazirliyi Kiyevə 178 ədəd “Leopard 1A5” tankının göndəriləcəyi qərarını rəsmən təsdiqləyib. Bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi rəsmi lisenziyalaşdırma orqanı qismində alman hərbi şirkətlərinə Ukraynaya 178-ə qədər "Leopard 1A5" əsas döyüş tankının ixracı üçün lisenziya verib. Ukraynaya neçə ədəd “Leopard 1A5” əsas döyüş tankının çatdırılacağı lazımi təmir işlərinin görülməsindən asılıdır.