ABŞ Polşaya təxminən 10 milyard dollar dəyərində HIMARS reaktiv yaylım atəşi sistemlərini və sursatlar satmağa hazırlaşır.
NUHÇIXAN İnformasiya Agentliyi İnterfaks agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Hərbi əməkdaşlıq idarəsi məlumat yayıb. Məlumata görə, Dövlət Departamenti HIMARS sistemləri və müvafiq avadanlıqların təxminən 10 milyard dollar məbləğində Polşaya mümkün satışını təsdiqləmək barədə qərar qəbul edib. Polşa 18 HIMARS qurğusu, 468 doldurma modulu, 45 ATACMS raketi, idarəolunan raketlər də daxil olmaqla 460-dan çox digər raket, həmçinin reaktiv yaylım atəşi sistemi üçün ehtiyat hissələri istəyib.