Rusiya FHN-ə məxsus “Be-200” amfibiya təyyarəsi Türkiyənin Adana şəhərinə enib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin İskenderun limanında bir neçə gündür davam edən yanğının söndürülməsinə yardım məqsədilə Rusiya FHN-in “Be-200” amfibiya təyyarəsi Adanaya gəlib.
Qeyd edək ki, hazırda Türkiyənin zəlzələ baş vermiş Kahramanmaraş bölgəsində Rusiyadan olan 100-dən çox xilasedici işləyir.