Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətində səfərdədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlət başçısı təbii fəlakətin baş verdiyi ərazilərə baş çəkib.
R.T.Ərdoğan axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub.
Dövlət başçısına son vəziyyət barədə məlumat verilib.