Türkiyədə zəlzələdən zərərçəkən ailələrə 10 min lirə maliyyə yardımı göstəriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı çıxışında məlumat verib.
Dövlət başçısı bildirib ki, yaxın günlərdə zəlzələ bölgəsindəki mövcud çətinliklər aradan qaldırılacaq: "Təbii fəlakətin təsir etdiyi regionlarda yenidənqurma işləri də aparılacaq. Eyni zamanda zəlzələdən zərərçəkən hər bir ailəyə 10 min lirə yardım göstəriləcək”.
Ərdoğan deyib ki, zəlzələ bölgəsində axtarış-xilasetmə fəaliyyətləri davam edir: "Eyni zamanda vətəndaşlarımızın təxliyəsi da davam edir. Təxribatçıların cəhdlərinə imkan vermək olmaz. Bu məsələdə media nümayəndələri xüsusilə həssas olmalıdır. İndi həmrəy olmaq vaxtıdır”.