“Təbii fəlakətin baş verdiyi ərazidə indiyədək 790 afterşok (təkrar yeraltı təkanlar) olub. Onlardan üçü 6 bal, 24-ü isə 5 və 6 bal arası gücündə olub”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay mətbuata açıqlamasında söyləyib.
Siyasətçi, həmçinin Türkiyəyə yardım əli uzadan ölkələrin son sayını da açıqlayıb. Onun sözlərinə görə, 66 ölkədən xilasedicilər Türkiyəyə yardım etmək üçün gəliblər və ya gələcəklər. F.Oktay qeyd edib ki, həmin dövlətlərdən 4 931 xilasedici artıq sahədə fəaliyyətdədir, 1 756 nəfər isə gələcək.
O əlavə edib ki, hazırda yerlərdə olan xilasedicilərin ümumi sayı 103 min 800-dür.