İranda aksiyalarda tutulmuş qadınlar həbsdən çıxan kimi rejimə qarşı şüarlar səsləndiriblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Radiofarda” yayıb.
Bildirilib ki, onlar “Qadın, Həyat, Azadlıq!”, “Zalım rejim məhv olmalıdır!” şüarlarını söyləyiblər.
Xatırladaq ki, inqilabın 44-cü ildönümü ilə əlaqədar İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei etiraz aksiyaları zamanı həbs edilənlərin, o cümlədən qadınların bir qrupunu əfv edib. İran KİV-i onları “törətdikləri əməldən peşman olanlar əfv olunub” kimi təqdim edib.