Ermənistanda qadınlar 2023-cü ilin qışından etibarən hərbi xidmətə gedə biləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə müdafiə naziri Suren Papikyan hökumətin iclasında bildirib.O bildirib ki, qadınların könüllü xidmət keçməsi haqqında qanunda hərbi xidmət müddətinin 6 ay olması müzakirə olunur. Bu müddət başa çatdıqdan sonra kişilər kimi attestasiyadan keçən xanım hərbçilər 5 illik müqaviləli hərbi xidmətə başlaya biləcək.