Türkiyə Böyük Millət Məclisi (TBMM) 10 vilayətdə fövqəladə vəziyyətin tətbiqi barədə qərarı təsdiq edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fövqəladə vəziyyət rejimi 3 ay müddətində qüvvədə olacaq.
Qeyd edək ki, fevralın 7-də Türkiyədə zəlzələ ilə bağlı fövqəladə vəziyyət rejimi elan olunub.
Son məlumatlara görə, Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 16 170 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 64 194 nəfər yaralanıb.