Hatayda baş vermiş zəlzələdə “Anadolu”nun müxbiri və ailə üzvləri ölüb

A- A A+

Türkiyənin “Anadolu” agentliyinin müxbiri Burak Milli və onun ailə üzvləri bu ölkənin Hatay vilayətində baş vermiş zəlzələdə ölüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Bildirilib ki, Burak Milli (31), onun həyat yoldaşı Ayşen Milli (30) və 5 aylıq qızları Eylül Lina Hatayın cənubundakı İskenderun şəhərində yerləşən binanın dağıntıları altında qalıblar.

Xilasedicilər jurnalistin və onun ailə üzvlərinin meyitlərini dağıntılar arasından yalnız 4 gündən sonra çıxara biliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: