Türkiyədə zəlzələ fəlakəti səbəbindən təhsilə verilən fasilə fevralın 20-dək uzadılıb.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin təhsil naziri Mahmut Özer bildirib.
Xatırladaq ki, bundan öncə təhsilə iki həftəlik fasilə verilməsi barədə qərar yalnız zəlzələ bölgəsində yerləşən 10 vilayətə aid idi.