Aleksandar Vuçiç: Serbiyanın Türkiyəyə yardımları davam edəcək

A- A A+

Serbiya zəlzələlərin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə yardımlarını davam etdirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

A.Vuçiç Türkiyənin Serbiyadakı səfirliyində olub, zəlzələlər nəticəsində çoxlu sayda insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Serbiya Prezidenti indiyədək Türkiyəyə edilən dəstəyin davamlı yardımların yalnız bir hissəsi olduğunu bildirib. O, Serbiyanın Türkiyəyə əlavə olaraq xüsusi axtarış-xilasetmə qruplarını göndərəcəyini qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: