Fahrettin Koca: Zəlzələ bölgəsində 144 minə yaxın tibb işçisi xidmət göstərir

A- A A+

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 17 min 406-ya, yaralananların sayı isə 71 min 866-ya çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu rəqəmləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlayıb.

“Axtarış-xilasetmə işləri davam etdikcə mənzərənin ağırlığı təəssüf ki, artır. Son vəziyyətə görə, Kahramanmaraşda 4 min 879 ölüm və 9 min 243 yaralı, Qaziantepdə 2 min 141 ölü, 11 min 563 yaralı var, Şanlıurfada 304 ölü, 4 min 663 yaralı, Diyarbəkirdə 212 ölü, 899 yaralı, Adanada 408 ölü, 7 min 450 yaralı, Adıyamanda 3 min 105 ölü, 11 min 778 yaralı, Malatyada 289 ölü, 7 min 300 yaralı, Osmaniyedə 878 ölü, 2 min 224 yaralı, Hatayda 5 min 111 ölü, 15 min 613 yaralı, Kilisdə 74 ölü, 754 yaralı var. İndiyədək 17 min 406 vətəndaşımız həyatını itirib, 71 min 866 vətəndaşımız isə yaralanıb”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, 17 min 929-u həkim, 111 min 486-sı tibb işçisi olmaqla, 143 min 829 nəfər zəlzələ bölgəsində 10 vilayətdəki səhiyyə müəssisələrində xidmət göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: