ABŞ Türkiyə və Suriyaya yardım üçün 85 milyon dollar ayıracaq

A- A A+

ABŞ administrasiyası Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra bu ölkələrə humanitar yardım məqsədilə 85 milyon dollar ayıracaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunur ki, ABŞ Türkiyə və Suriyada baş verən zəlzələlərlə əlaqədar artan humanitar ehtiyacların ödənilməsi üçün 85 milyon dollar ayıracaq. Vəsait humanitar təşkilatlar vasitəsilə hər iki ölkədə zərərçəkmiş milyonlarla insana təcili ehtiyac duyulan yardımın çatdırılmasına yönəldiləcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla, ölkənin 10 vilayətində və qonşu dövlətlərdə hiss olunub. Son məlumatlara görə, Türkiyədə 17 mindən çox insan ölüb, 70 mindən çox insan yaralanıb.

Suriyada isə Hələb, Latakiya, Tartus və Həma əyalətləri zəlzələdən zərər çəkib. Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 1,3 mindən çox insan zəlzələnin qurbanı olub, zərərçəkənlərin sayı 2,2 mini ötüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: