ABŞ dövlət katibi Entoni Blinken telefonla türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışaraq, zəlzələnin fəsadlarının aradan qaldırılmasını müzakirə edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ABŞ rəsmisi bu barədə tviterdəki hesabında yazıb.
O, qeyd edib ki, Türkiyənin xarici işlər naziri ilə Birləşmiş Ştatların zəlzələnin nəticələrinin aradan qaldırılması səylərinə dəstəyi haqqında danışıb.
“Biz Türkiyə və Suriyadakı qurbanlara kömək etmək üçün əlimizdən gələni etməyə qərarlıyıq”, - Blinken sosial şəbəkə hesabında qeyd edib.
Bundan əvvəl Blinken qeyd edib ki, Birləşmiş Ştatlar Türkiyə və Suriyada zəlzələ zamanı zərər çəkənlərə lazımi yardımı göstərmək üçün əlindən gələni etməyə davam edəcək.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Zəlzələ zamanı ölənlərin sayı 17 674-ə, yaralıların sayı 72 879 nəfərə çatıb.