Paşinyanın hakimiyyəti dövründə Ermənistanda korrupsiya və rüşvətxorluq artıb

A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə ölkədə korrupsiya və rüşvətxorluq daha da artıb.

NUHÇIXAN İnformasiya Agentliyi “Joxovurd”a istinadən xəbər verir ki, bu barədə “Transparency International”ın 2022-ci il üçün Korrupsiya Qavrama İndeksinin hesabatında bildirilib.

Sənədə əsasən, Ermənistan nəinki durğunluqdan çıxa bilməyib, əksinə 3 xal itirərək mövqeyini zəiflədib. Hazırda Ermənistan bu göstərici üzrə 46 xalla 63-cü yerdədir.

Qəzetin yazdığına görə, N.Paşinyan isə bütün bunlara görə başqalarını günahladırır.

Hökumət başçısı fevralın 9-da parlamentin iclasında korrupsiya ilə bağlı sorğu-suala cavabında deyib: “Məsələn, mən hesab edirəm ki, bu və ya digər məmur haqqında mediada yazılanların burada rolu var. Ancaq mənim müxtəlif korrupsiya sövdələşmələrindən xəbərim yoxdur”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: