Türkiyədə təbii fəlakətin 5-ci günündə ürək ağrıdan xəbərlərlə yanaşı, sevindirici xəbərlər də gəlir. Dağıntılar altından hələ də sağ qalan insanlar çıxarılır.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, Hatay vilayətinin İskenderun rayonunda zəlzələdən 102 saat sonra beşmərtəbəli binanın dağıntıları altından 6 nəfərlik ailəni - Yasəmən və Qədir Oqtayı dörd uşağı ilə birlikdə sağ çıxara biliblər. Hazırda həmin binadakı daha bir ailənin xilas edilməsi gözlənilir.
Zəlzələdən sonrakı 104-cü saatda Adıyamanda 60 yaşlı kişinin, Kahramanmaraşda bir nəfərin dağıntılar altından sağ çıxarıldığı bildirilir. Həmçinin 101-ci saatda Diyarbakırda ana və oğlu, Hatayda 30 yaşındakı bir kişi sağ çıxarılıb.
Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam edir.