Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynanın Xarkov vilayətinin raket atəşinə tutulması nəticəsində yaralananların sayı 8 nəfərə yüksəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram”da yazıb.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Ukrayna ərazisi Rusiya Silahlı Qüvvələri tərəfindən, Qara dəniz istiqamətindən raket atəşinə tutulur. Ukrayna KİV “Kaliber” raketlərindən istifadə olunması barədə xəbərlər yayıb.