Çilidə meşə yanğınları tüğyan edir

A- A A+

Çilinin Təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması xidmətinin (“Senapred”) məlumatına görə, bu ölkənin mərkəzində yerləşən Biobio regionunda hələ nəzarət altına alınmamış 95-dən çox meşə yanğınları qeydə alınıb.

NUHÇIXAN İnformasiya Agentliyi Çili hökumətinin məlumatına istinadla xəbər verir ki, ümumilikdə baş vermiş 300 yanğın nəticəsində 366 min hektardan çox meşə ərazisi məhv olub, 24 nəfər həyatını itirib, 1206 bina dağılıb. Əksərən Biobio, Nuble və La-Araukaniya bölgələrində təqribən 5500 sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Peşəkar yanğınsöndürmə briqadalarının və resursların olmadığı ölkədə meşə təsərrüfatında hərc-mərclik Çili tarixində ən böyük fəlakətlərdən birini daha da ağırlaşdırıb.

Çilinin hüquq-mühafizə orqanları tərəfindən qəsdən yanğın törətməkdə və səhlənkarlıqda şübhəli bilinən 30 nəfər həbs edilib. Ölkə Prezidenti Qabriel Boriç bəyan edib ki, Biobio, Nuble və La-Araukaniya bölgələrinin ərazisində komendant saatı tətbiq oluna bilər.

Hazırda Çilidə isti hava şəraiti hökm sürür. Belə bir vəziyyətdə yanğının söndürülməsinə beynəlxalq heyət və texnikanın köməyi ilə yüzlərlə əsgər cəlb edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: