Fransa parlamentində qalmaqal: Deputatlara hədələyici mesajlar göndərilib

A- A A+

Fransa Milli Assambleyasının bir qrup deputatının sessiya zamanı səsvermədə iştirakına maneə olmaq məqsədilə onlara yaxınlarının xəstəxanada olması ilə bağlı səsli mesajlar göndərilib. Deputatlar sonradan bunun onların sessiyada iştirakına mane olmaq məqsədi daşıdığını anlayıblar və prokurorluğa şikayət ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Fransa Milli Assambleyasında deputatların səsvermədə iştirakına maneə olmaq cəhdləri olub. Belə ki, bəzi deputatlar eyni vaxtda yaxınlarının xəstəxanada olması ilə bağlı səsli mesaj alıblar. Bu mesajlar sağçıların pensiya islahatları ilə bağlı referendum təklifinə mane olmaq və deputatları bu müzakirələrdən uzaqlaşdırmaq məqsədi daşıyıb. Belə ki, mesaj alan deputatlar sessiya zalını tərk edərək, yaxınlarına zəng ediblər. Məlum olub ki, onların yaxınlarından heç kim xəstəxanaya yerləşdirilməyib. Deputatlar aldıqları səsli mesajları bir çox yerli media orqanına göndəriblər.

Sağçı deputatlar bu mesajın solçular tərəfindən bir manevr olduğunu iddia edirlər. Milli Birlik partiyasından olan Marin Lö Pen bunun qəbuledilməz olduğunu bildirib. İntibah (Renaissance) partiyasının üzvü F.Xattabi də bir neçə deputatın hədələyici mesajlar aldığını bildirib və bunun parlamentə daxili zərbə olduğunu deyib.

Prokurorluq tərəfindən onlara belə mesajla bağlı 4 şikayət daxil olduğunu və onların araşdırıldığı bildirilib. Qeyd edilib ki, 3 yazılı və bir səsli mesajla bağlı şikayət təqdim olunub. Parlament üzvlərinə qarşı belə hədələyici mesajların araşdırıldığı vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: