Çilili üzgüçü Barbara Ernandes Antarktidanın soyuq sularında 2490 metr məsafəyə üzən ilk insan olub.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, suyun temperaturunun 2,2 dərəcə olmasına baxmayaraq, 37 yaşlı qadın həmin məsafəni adi çimərlik geyimində üzüb. Onun məqsədi bu yolla diqqəti arktik suların qorunmasına cəlb etmək olub.
Barbara Ernandes uzun illərdir ki, Antarktidada üzməyi arzuladığını və qarşısına dünya okeanının bütün yeddi hissəsində üzmək hədəfi qoyduğunu deyib. Onun sözlərinə görə, Antarktidada üzmək fiziki cəhətdən çox çətindir, lakin arktik suların mühafizəsinin vacibliyini qərarlar verən insanlara çatdırmağa dəyər.
Atlantik və Sakit Okean arasında yerləşən Dreyk boğazında bir dəniz mili məsafəsini ən tez üzmək rekordu da Barbara Ernandesə məxsusdur.