Türkiyənin Manisa, Düzcə və Sakarya bölgələrinə mövsümün ilk qarı yağıb.
NUHÇIXAN xəbər verir ki, ağ örpəyə bürünən ərazilərdə qarın qalınlığı 10 santimetrə çatıb.
Ölkənin bütün bölgələrində havanın temperaturunun aşağı düşəcəyi barədə xəbərdarlıq olunub. Oktyabrın 25-dən başlayaraq Antalya, İsparta və Burdur bölgələrində güclü yağış və daşqınlar gözlənilir.