İrakli Qaribaşvili: Bəzi qüvvələrin Gürcüstanı müharibəyə cəlb etmək cəhdləri davam edir

A- A A+

Hər bir müharibə böyük itkilərə, dağıntılara səbəb olur. Biz bunu son olaraq Ukrayna-Rusiya müharibəsində görürük. Eləcə də digər münaqişələrin ölkələrə vurduğu ziyanların şahidiyik. Ona görə də biz milli maraqlarımızı hər şeydən üstün tutaraq, Gürcüstanı müharibələrdən uzaq tuturuq. Gürcüstan regionda və dünyada sülhün tərəfdarıdır və belə də olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında söyləyib.

“Bütün dünyada tənəzzül, qeyri-müəyyənlik, gözlənilməzlik hökm sürdüyü halda, biz ölkəmizi ən böyük sınaqdan – müharibədən yayındıra bildik”, – deyə Qaribaşvili vurğulayıb.

Onun sözlərinə görə, hökumətin gördüyü işlər nəticəsində 2022-ci ildə Gürcüstanda 10,1 faiz iqtisadi artım olub. Lakin, Gürcüstanın inkişafını istəməyən qüvvələr var. Həmin qüvvələrin yenə də Gürcüstanı müharibəyə cəlb etmək, münaqişəni hansısa yolla ölkəmizə köçürmək cəhdi dayanmır.

Gürcüstan hökuməti isə milli maraqlara ziddi olan heç bir addımı atmayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: