Pakistan Türkiyə və Suriyaya 16 maşın humanitar yardım göndərib

A- A A+

Türkiyə və Suriyada zəlzələnin baş verdiyi ərazilərdə insanlara yardım məqsədilə Pakistandan qış çadırı və isti geyimlərlə dolu 16 yük avtomobili yola düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, avtomobillərin yolasalma mərasimində Pakistanın təhsil naziri Rana Tanvir Hüseyn, Türkiyənin Lahor baş konsulu Əmir Özbay və digər rəsmilər iştirak ediblər.

İran üzərindən Türkiyəyə gedəcək avtomobillərin 10 gün ərzində zəlzələ bölgələrinə çatması planlaşdırılır.

Xatırladaq ki, Pakistan fevralın 7-dən Türkiyəyə yardım üçün 10 təyyarə göndərmişdi. Bu yardımlar biri Türkiyə Silahlı Qüvvələrinə, üçü Pakistan Hərbi Hava Qüvvələrinə, altısı isə Pakistan Beynəlxalq Hava Yollarına aid olan təyyarələrlə aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: