Spiegel: Ukrayna hərbçiləri Almaniyada təlim keçəcəklər

A- A A+

Almaniya Silahlı Qüvvələri gələn həftənin ortalarında Ukrayna hərbçilərinə “Leopard 2” tanklarını idarə etmək üçün təlimlər keçəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə şənbə günü “Der Spiegel ” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Almaniya Hərbi Hava Qüvvələri artıq Ukrayna əsgərlərinin ilk qruplarını təlim keçmək üçün Polşadan Almaniyaya çatdırıb. Təlimlər Aşağı Saksoniya əyalətinin Munster şəhərindəki hərbi poliqonda baş tutacaq, burada ukraynalılara “Marder” piyada döyüş maşınlarını idarə etmək öyrədiləcək.

Bildirilir ki, kurslar sürətləndiriləcək və cəmi 6-8 həftə davam edəcək. Nəşrdə qeyd edilir ki, adətən, hazırlıq bir neçə il çəkir. Bundesver bildirib ki, ukraynalı hərbçilər yalnız tankla işləmə vərdişləri üzrə təlim keçəcək, həmçinin döyüş meydanında “Leopard 2” və “Marder” arasında qarşılıqlı əlaqəni işləyəcəklər.

Nəşrin məlumatına görə, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Almaniya 1500-ə yaxın ukraynalı əsgərə müxtəlif döyüş sistemləri üzrə təlim keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: