Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada vəba xəstəliyinin yayılma riskinin olduğunu bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təşkilatın məlumatına görə, qarşıdakı aylarda bu xəstəliyin yayıla biləcəyi ölkələrin sayı arta bilər.
“Dünyada vəba ilə bağlı ilk icmalın dərc edildiyi 2022-ci il dekabrın 16-dan bəri qlobal vəziyyət olduqca pisləşib. Mövcud vəziyyəti, o cümlədən epidemiyaların artması, onların coğrafi arealının genişlənməsi, həmçinin vaksinlərin və digər resursların çatışmazlığını nəzərə alaraq, ÜST qlobal səviyyədə riski çox yüksək qiymətləndirir", - deyə məlumatda bildirilir.