“Türkiyəyə dəstəyimiz yardımla bitməyəcək”
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Türkiyəyə səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendias bu fikirləri bildirib.
“Türkiyəyə dəstəyimiz yalnız zəlzələ ilə əlaqədar olmayacaq”, - o deyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Hataya gedən nazir bildirib ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisdən aldığı göstəriş əsasında Türkiyəyə dəstəyini əsirgəməyəcək: “Həmkarım Cavuşoğlunun fikirlərinə mən də qoşuluram, Türkiyə ilə əməkdaşlığımızın düzəlməsi üçün üçün daha bir zəlzələ fəlakətinin baş verməsini gözləməməliyik”.