Roskosmos Türkiyədə zəlzələdən sonra yaranan tektonik qırılmanın peyk görüntüsünü yayıb - FOTOLAR
Rusiya peyki Türkiyənin Hatay vilayətində zəlzələ nəticəsində hava limanının dağılan uçuş-enmə zolağının görüntüsünü yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi "Roskosmos"un Telegram kanalına istinadən xəbər verir ki, görüntüdə hava limanının ətrafındakı geniş ərazinin su altında qaldığı müşahidə edilir.
Müqayisə üçün 2021-ci ilin dekabrında çəkilmiş foto da əlavə olunub.
Qeyd edək ki, fevralın 6-da baş vermiş güclü zəlzələ nəticəsində Hatay hava limanının yeganə uçuş-enmə zolağı tamamilə sıradan çıxıb.
Bundan əlavə, Roskosmos Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində yaranan tektonik qırılmanın peyk görüntüsünü də yayıb.