Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus ABŞ-ın Suriyaya qarşı sanksiyalarının yumşaldılmasını yüksək qiymətləndirib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ÜST-nin tviter hesabında yayımlanan mətbuat konfransında Tedros Adhanom Qebreyesus, həmçinin Suriya hökumətinin BMT-nin humanitar yüklərinin transsərhəd hərəkətini genişləndirmək üzrə tədbirləri dəstəkləməsini müsbət qiymətləndirib. O xatırladıb ki, bazar günü ÜST Suriya və Türkiyədə humanitar əməliyyatlara dəstək üçün beynəlxalq birliyə 43 milyon dollar ayrılması barədə müraciət edib.