Çeçenistandan Suriya və Türkiyəyə 6 təyyarə humanitar yardım göndəriləcək

A- A A+

Çeçenistan hökuməti Suriya və Türkiyədə zəlzələdən zərər çəkənlərə 6 təyyarə humanitar yardım göndərməyi planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev bildirib.

Onun sözlərinə görə, təyyarələrdən birincisi sabah Suriyaya yola düşəcək.

Nazir əlavə edib ki, Türkiyədə Çeçenistandan olan insanların yaşadığı bir neçə yaşayış məntəqəsi var. Onlara artıq iki dəfə yardım göndərilib. Çeçenistan Respublikası Baş nazirinin müavini Hasan Hakimov 20 ton ərzaq məhsulunun göndərilməsini təşkil edib. Həmçinin Türkiyədə (təkcə çeçenlərə deyil) zərər çəkənlərə müvəqqəti yaşayış üçün onlarca konteyner çatdırılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: