Səlçuk Bayraktar Türkiyədə zəlzələdən zərər çəkənlərə 1000 yaşayış konteyneri təqdim edib

A- A A+

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlçuk Bayraktar Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmişlərə yaşayış konteynerləri təqdim edilməsi üçün Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) ilə birgə kampaniyaya başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bayraktar bu barədə öz tviter hesabında paylaşım edib. Kampaniyanın birinci mərhələsində 1000 yaşayış konteyneri təqdim edilib.

Xatırladaq ki, dünən Səlçuk Bayraktar şəxsən fəlakət zonasına gəlib. İnternetdə yayılmış kadrlarda bu məşhur sahibkarın azərbaycanlı xilasedicilər tərəfindən göstərilən dəstəyə görə onlara təşəkkür etməsi diqqəti cəlb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: