Seyran Ohanyana qarşı ittiham irəli sürülüb

A- A A+

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdəki “Ermənistan” fraksiyasının başçısı Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.

NUHÇIXAN İnformasiya Agentliyi “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, S.Ohanyan külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, israfçılıq yolu ilə xüsusilə külli miqdarda əmlak mənimsəməkdə ittiham olunur.

Qeyd edək ki, fevralın 8-də Ermənistan parlamenti Seyran Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verib.

Xatırladaq ki, Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. Hazırda müxalifət sayılan “Ermənistan” adlı parlament fraksiyasının başçısıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: