Fransada pensiya islahatına qarşı etirazlar genişlənir

A- A A+

Fransada pensiya islahatına dair qanun layihəsinə qarşı etirazlar davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən həftə dördgünlük müzakirələrdən sonra pensiya islahatına dair qanun layihəsinin müzakirələri fevralın 13-də yenidən başlayıb. Ancaq solçular tərəfindən irəli sürülmüş 16 min dəyişiklik təklifinin bu həftə ərzində müzakirə edilməsinin mümkünsüzlüyü bildirilir.

Həmkarlar ittifaqları martın 7-də bütün sahələrdə “Fransanı dayandırmaq” devizi ilə davamlı tətillər etmək çağırışı ediblər.

Ümumi Əmək Konfederasiyası (CGT) enerji, dəmir yolları, eləcə də şəhərlərdə ictimai nəqliyyat işçilərinin tətilinin vacibliyini qeyd edib. Fransa demokratik Əmək Konfederasiyası (CFDT) isə “ölü şəhər” ifadəsindən istifadə edib.

Həmkarlar ittifaqları martın 7-dək etiraz hərəkatını davam etdirmək üçün fevralın 16-nı yeni səfərbərlik günü elan ediblər.

Həmçinin həmkarlar ittifaqları Milli Assambleyada pensiya islahatına dair qanun layihəsini dəstəkləyən iqtidaryönümlü deputatlara seçicilərini itirəcəkləri ilə bağlı risklərin olduğunu eşitdirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: