ABŞ-ın gələn həftə Ukraynaya böyük hərbi yardım paketini açıqlayacağı gözlənilir və bu zaman Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq oluna bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.
“Bayden administrasiyası Kiyevə daha 10 milyard dollarlıq birbaşa büdcə yardımını təsdiqləmək üçün Konqreslə işləyir və gələn həftə daha bir böyük hərbi yardım paketini, eləcə də Kremlə qarşı əlavə sanksiyalar elan edəcəyi gözlənilir”, - deyə yazıda bildirilib.