Ned Prays: Zəlzələ təkcə Türkiyə və Suriyanı deyil, bütün dünyanı sarsıdıb

A- A A+

Zəlzələnin görüntüləri dəhşətlidir, insanlara yardım üçün gecə-gündüz çalışırıq.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri gündəlik mətbuat brifinqində ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

O qeyd edib ki, dağıntılara və insan tələfatı baxımından bu zəlzələ təkcə Türkiyə və Suriyanı deyil, bütün dünyanı sarsıdıb.

ABŞ-ın Türkiyə və Suriyada axtarış, xilasetmə və yardım səyləri üçün əlavə avadanlıqlar və resurslar səfərbər etdiyini vurğulayan Prays çox çətin şəraitdə gecə-gündüz işləyən humanitar yardım qruplarının və xilasedicilərin inanılmaz fədakarlığını yüksək qiymətləndirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: