Rusiya Türkiyə və Suriyada xilasetmə əməliyyatlarını başa çatdırır

A- A A+

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Türkiyə və Suriyada xilasetmə əməliyyatlarını başa çatdırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Aleksandr Kurenkov məlumat verib. O bildirib ki, Rusiya xilasediciləri Türkiyə və Suriyada axtarış-xilasetmə əməliyyatlarını dayandırırlar. Xilasedicilər qrupunun zəlzələ bölgəsindən çıxarılması barədə qərar qəbul edilib.

Nazirin sözlərinə görə, Rusiya xilasediciləri Türkiyədə 830-dan çox adama yardım göstəriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: