Zəlzələ bölgəsində ailəsini itirmiş uşaqların xaricdə övladlığa verilməsi mümkün deyil
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı brifinq zamanı deyib.
O bildirib ki, hazırda zəlzələ yerində Azərbaycanın iki səhra xəstəxanası fəaliyyət göstərir.
“Yaralıların Azərbaycana gətirilərək müalicə etdirilməsi mümkündür. Lakin ötən gün gətirilən uşaqlar ailələri olan yaralılardır. Xaricə övladlığa verilmə dediyim kimi mümkün deyil", - səfir vurğulayıb.