Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 418 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, yaralıların 13 208-i xəstəxanalarda müalicəsini davam etdirir.
"Ölən 35 418 vətəndaşımın hər birinə rəhmət diləyirəm. Xilas edilən 105 505 yaralıya şəfa diləyirəm", - Ərdoğan vurğulayıb.