Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlərdən sonra afterşoklar davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, bu gün yerli vaxtla saat 09:25-ə qədər Kahramanmaraşda 7 afterşok qeydə alınıb ki, onların da ən böyüyü 4,6 bal gücündə olub.
Zəlzələ Kahramanmaraşın Göksun rayonunda, yerin təxminən 12,3 kilometr dərinliyində qeydə alınıb.