İlon Mask: Bərpa olunan enerji mənbələrinə keçid 30-40 il vaxt aparacaq

A- A A+

Ənənəvi enerji mənbələrindən bərpa olunan enerji mənbələrinə tam keçid yaxın zamanlarda mümkün deyil və buna on illərlə vaxt lazımdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə amerikalı biznesmen İlon Mask Dubayda keçirilən Dünya Hökumətləri Sammitində video-əlaqə vasitəsilə çıxışı zamanı deyib.

“Bərpa olunan enerji mənbələrinə, külək və günəş enerjisinə, elektrik avtomobillərinə keçidin başladığı aydındır. Bu sahə sürətlə inkişaf edir, lakin ənənəvi enerji mənbələrinə əsaslanan hazırkı iqtisadiyyatın böyük sənaye bazası var. Hətta bu gündən başlayaraq dünyada istehsal olunan bütün avtomobillər elektrik mühərriki ilə buraxılsa belə, hazırda istifadədə olanların dəyişdirilməsi 20 il vaxt aparacaq”, - deyə İlon Mask bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: