Gürcüstanın 85 nəfərdən ibarət yeni xilasedicilər qrupu Türkiyəyə yola salınıb

A- A A+

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin 85 xilasedicisi rotasiya qaydasında Türkiyəyə yola salınıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gürcüstanlı xilasedicilər Türkiyənin Adıyaman şəhərində olan həmkarlarını əvəz edəcəklər.

Bütün lazımi avadanlıqla təchiz olunmuş xilasedicilər Adıyaman şəhərində əsrin ən ağır təbii fəlakəti hesab olunan zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edəcəklər.

Gürcü xilasedicilərin işinə DİN-in Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəisi Teymuraz Mqebrişvili rəhbərlik edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: