Dünya Bankının prezidenti Devid Malpass iyunun 30-dək vəzifəsini tərk edəcəyini bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Devid Malpassa istinadla məlumat yayıb.
Altmış altı yaşlı Devid Malpassın bu vəzifədə rəsmi müddəti 2024-cü ilin aprelində başa çatacaq. O, bu müddətin başa çatmasından təxminən bir il əvvəl, yəni maliyyə ilinin sonuna qədər vəzifəsini tərk etmək niyyətində olduğunu bildirib.